3 ayın gəlini intihar etdi - İsmayıllıda


15:09     14 Aprel 2019 asdi7.jpg

İsmayıllıda 3 ayın gəlini özünü asaraq öldürüb.

Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki,hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, rayonun Qaraqaya kəndindən İvanovkaya gəlin köçən Hüseynova (Behbudlu)Mahirə Ayət qızı gecə saatlarında özünü öldürüb.

Ölümün hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra bəlli olacaq. Qadının meyiti bu gün doğulduğu Qaraqaya kəndində dəfn ediləcək.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #intihar  

Oxunub: 1415