300 min dollarla Azərbaycandan qaçdı, Rusiyada ələ keçdi


15:31     14 Aprel 2019 hebs5.jpg

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında Azərbaycan vətəndaşı saxlanılıb.

News-r.ru saytının məlumatına görə, sərhəd-keçid məntəqəsində saxlanılan azərbaycanlı beynəlxalq axtarışda olub.

O, fırıldaq yolu ilə təşkilata 284 min dollar maddi ziyan vurmaqda ittiham olunur.

Azərbaycanda həmin şəxs haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun Azərbaycana ekstradisiyası ilə bağlı zəruri tədbirlər görülür.

Femida.az

Açar sözlər: #Rusiya  

Oxunub: 542