Daşqınlar İrana 3 milyard dollar ziyan vurdu


17:24     14 Aprel 2019 19_04_14_1555248315.jpg

İranda baş verən son sel və daşqınlar nəticəsində ölkənin kənd təsərrüfatına 130 trilyon rial (təxminən 3,09 milyard dollar) ziyan dəyib.

Femida.az Trend-ə istinadən bildirir ki, bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti parlamentdə çıxışı zamanı deyib.

M.Höccətinin sözlərinə görə, dəyən ziyanın 30 trilyon rialı (təxminən 714 milyon dollar) Xuzistan vilayətinə aiddir.

İranlı nazir əlavə edib ki, əkin, bağ və heyvandarlıq sahələri daha çox ziyanla üzləşib: "Habelə arıçılıq, quşçuluq və balıqyetişdirmə müəssisələrinə də ciddi şəkildə ziyan dəyib".

Femida.az

Açar sözlər:

Oxunub: 372


Oxşar xəbərlər