Sığortaçılar üçün attestasiya keçiriləcək


18:56     14 Aprel 2019 Yoxlama%20nezaret%20imtahan_0.jpg

üvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün aprelin 16-da attestasiya keçiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Femida.az -a verilən məlumata görə, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 83.4-cü maddəsinə və "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 4.1-ci bəndinə əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 377


Oxşar xəbərlər