Bulvarda dənizə düşən şəxs xilas edilib


20:09     14 Aprel 2019 bulvar_polis_012.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​​

Qeyd edək ki, hadisə Bakı bulvarında baş verib. Kimliyi məlum olmayan şəxsin intihar məqsədilə özünü dənizə atdığı bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 407