Həftə sonu yol qəzalarında 7 nəfər ölüb


09:52     15 Aprel 2019 qeza_avto.jpg


Aprel ayının 13-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #qəza   #DİN  

Oxunub: 316