Polis bu şəxsi axtarır - FOTOYA DİQQƏT!


10:55     15 Aprel 2019 2019/04/6-(2)_1555311470.jpg

Qusarda 28 yaşlı gənc itkin düşüb.



Bununla bağlı Femida.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilir ki, 28 yaşlı, Qusar rayonunun İmamqulukənd kənd sakini Vilyeddin Əlixlalov martın 2-si səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxanda əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, qara rəngli papaq və qara rəngli ayaqqabı olub. Boyu 175 sm, qara saçlı, orta bədən quruluşludur. Vilyeddin Əlixlalov ruhi xəstəlikdən əziyyət çəkir və nitqində qüsur var.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin, Qusar Rayon Polis Şöbəsinin 023-385-22-22 şəhər və (055)265-55-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Açar sözlər: #polis  

Oxunub: 702