Ordunun ən yaxşı aşpazı müəyyənləşib


13:23     15 Aprel 2019 19_04_15_1555320215.jpg


Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin 2019-cu il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini yoxlamaq üçün “Ən yaxşı hərbi aşpaz” adı uğrunda yarış keçirilib.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, yarışlar bölmələrdə xidmət edən aşpazların praktiki təcrübələrinin təkmilləşdirilməsi, yeməkxanaların nümunəvi vəziyyətdə saxlanılması, yeməklərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə keçirilib.

Üç mərhələdə keçirilən yarış vaxtı qidanın düzgün hazırlanmasına, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normalarına, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsinə, xüsusi geyimin təmizliyinə, sanitariya-gigiyena tələblərinə ciddi riayət edilməsinə və digər amillərə xüsusi diqqət yetirilib.

“Ən yaxşı hərbi aşpaz” adı uğrunda keçirilən yarışın yekununda qaliblər müəyyən edilərək mükafatlandırılıb.

Femida.az

Açar sözlər: #ordu  

Oxunub: 532