Azərbaycanda 29 yaşlı gəlin gizli sevginin qurbanı oldu - ŞOK FAKTLAR


13:31     15 Aprel 2019 qadin_olum_meyit_cesed.jpg

Daxili İşlər Nazirliyi İmişlidə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb.



Femida.az nazirliyə istinadən xəbər verir ki, aprelin 13-də İmişli şəhər sakini Validə Məmmədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Araz çayının Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla V.Məmmədovanın yaşadığı evin həyətində onunla qonşu olan qaynı arvadı A.Məmmədova və Qulubəyli kənd sakini O.Seyidov tərəfindən baş nahiyəsinə yumruq və taxta parçası ilə vurulmaqla, sonradan boğularaq qətlə yetirilməsi, habelə hadisə yerinin yaxınlığında “Mercedes” markalı avtomobildə gözləyən O.Seyidovun tanışları olan həmkəndliləri, sürücü A.Surxayzadənin və sərnişini H.Cəlalzadənin köməkliyi ilə meyiti kisədə avtomobilin yük yerinə qoyub Araz çayına atmaları müəyyən edilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən A.Məmmədova, O.Seyidov və H.Cəlalzadə saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.




Qeyd edək ki, hadisəni törədən A.Məmmədova ilə O.Seyidov arasında gizli sevgi münasibəti olub. Onları evdə bir yerdə görən Validə Məmmədova qaynına bu barədə məlumat vermək istəyib. Bu səbəbdən də onlar 29 yaşlı gəlini öldürmək qərarına gəliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 556