İlahiyyat İnstitutunun saytı fəaliyyətə başlayıb


13:59     15 Aprel 2019 2019/04/775cb440eb43c97_1555323275.jpg


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) haqqında bütün zəruri məlumatları özündə əks etdirən ait.edu.az internet saytı fəaliyyətə başlayıb.

İnstitutdan Femida.az-a verilən məlumata görə, rəsmi sayt Aİİ haqqında mövcud məlumatları əks etdirməklə yanaşı, həmçinin yeniliklərlə bağlı xəbərləri də daim yayımlayacaq.

İnternet-saytın ana səhifəsində “Haqqımızda”; “Struktur”; “Qəbul”; “İnstitut həyatı”; “Beynəlxalq əlaqələr” və “Nəşrlər” bölmələri yer alıb.

Saytın rus və ingilis dillərində də səhifələri mövcuddur.

Femida.az

Açar sözlər:

Oxunub: 398