Hərbi Dəniz Qüvvələrində görüş keçirilib

Hərbi Dəniz Qüvvələrində görüş keçirilib


14:26     15 Aprel 2019 2019/04/24d45-1555322458_1555324123.jpg

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2019-cu il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə hərbi qulluqçulara qarşılıqlı davranış qaydaları və münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması barədə brifinq təqdim olunub.

Sonda görüş iştirakçıları mövzu ilə əlaqəli aktual məsələləri müzakirə edib və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.


Femida.az

Açar sözlər:

Oxunub: 99