Qobuda iki maşın toqquşdu - Ölən və xəsarət alan var


15:33     15 Aprel 2019 qeza_yeni.jpg

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, aprelin 14-də saat 15 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.


Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 366