Göygöldə birmərtəbəli ev yanıb

Göygöldə birmərtəbəli ev yanıb


15:34     15 Aprel 2019 yangin_386736368.jpg

Göygöl rayonunun Aşıqlı kəndində ümumi sahəsi 168 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 144 m² sahədə yanıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 130