Nazirlərdən Moskva görüşü ilə bağlı BƏYANAT


18:02     15 Aprel 2019 19_04_15_1555336278.jpg


Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə sülh yolu ilə həlli istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini bəyan ediblər.


Femida.az Rusiya XİN-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın paytaxtı Moskva şəhərində görüş keçirən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin danışıqların yekunu ilə bağlı yaydıqları birgə bəyanatda qeyd olunub.

Bildirilib ki, üç ölkənin XİN rəhbərləri, eləcə də ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin, xüsusən də kənd təsərrüfatı fəaliyyəti zamanı gələcəkdə sabit qalmasında maraqlı olduqlarını vurğulayıblar.

“Tərəflər həmçinin, hər iki ölkə ərazisində saxlanılan əsirlərin yaxınlarının onlarla görüşməsi üçün qarşılıqlı əsasda tədbirlər həyata keçirmək barədə razılığa gəliblər. Nazirlər kütləvi informasiya vasitələri nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlar arasında əlaqələrin qurulması istiqamətində praktiki işlərin başladılmasına hazır olduqlarını da bildiriblər” – bəyanatda bildirilib.

Eyni zamanda, Rusiya XİN rəhbəri və ATƏT-in Minsk qrupunun həmsədrləri regionda dayanıqlı sülhün bərqərar olması üçün vasitəçilik missiyasına sadiq olduqlarını bəyan ediblər. Görüşün iştirakçıları qarşılıqlı təmasları yaxın gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.

Femida.az

Açar sözlər: #XİN   #siyasət  

Oxunub: 420