Səfər Mehdiyev ÜGT baş katibinin müavini ilə görüşüb
19:10 15 Aprel 2019
Aprelin 15-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatı baş katibinin müavini Rikardo Trevino Çapa ilə görüşüb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən məlumata görə, görüş bu gün Bakı şəhərində başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində keçirilib.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ÜGT ilə Azərbaycan gömrük xidməti arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını ifadə edib.
ÜGT-nin bir sıra beynəlxalq və regional tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdıran Səfər Mehdiyev eyni zamanda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirakına görə qonağa təşəkkürünü bildirib.
ÜGT baş katibinin müavini Rikardo Trevino Çapa Azərbaycana səfərindən, eləcə də Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirakından məmnunluğunu bildirib. Təmsil etdiyi təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini vurğulayan qonaq ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Oxunub: 293
Oxşar xəbərlər
- Səfər Mehdiyev Abşeronda vətəndaşları qəbul edəcək
- Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
- Səfərbərlikdən tərxis edilənlərin müraciətləri üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır
- Səfər Mehdiyev ÜGT-nin Baş katibinin müavini ilə görüşüb
- Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya yaradılıb
- Səfərbərlik Xidməti çağırışçılara müraciət edib
- Səfərbərliyə cəlb edilən tələbələrə güzəşt müəyyənləşib
- Səfərbərliyə çağırılmış vətəndaşların tərxisi ilə bağlı RƏSMİ AÇIQLAMA
- Səfərbərliyə cəlb olunan şəxslər əmək haqlarını necə alacaqlar? - RƏSMİ AÇIQLAMA