Nazir: Yaxın vaxtlarda həmsədrlər regiona səfər edəcəklər

Nazir: "Yaxın vaxtlarda həmsədrlər regiona səfər edəcəklər"


19:24     15 Aprel 2019 elmarrr.jpg

"Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər".

Femida.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

"Bu yaxınlarda həmsədrlər əvvəlcə özləri görüşəcək və növbəti görüşlə bağlı təkliflərini verəcəklər. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə gəldikdə isə əvvəlcə xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Əgər görsək ki, hansısa problemli məsələ ortaya çıxır, onda prezidentlərə məlumat veriləcək”, - nazir qeyd edib.

Açar sözlər:

Oxunub: 137