Paşinyan Azərbaycanı seçim etməyə çağırdı

Paşinyan Azərbaycanı seçim etməyə çağırdı


20:11     15 Aprel 2019 19_04_15_1555342913.jpg

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar davam edir. Tərəflər danışıqlarda dürüst və eyni dalğada olmalıdır.”

Femida.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan nazirlərin bugünkü Moskva görüşünü şərh edərkən deyib.
İşğalçı ölkənin sülhpərvər imic yaradan lideri hətta riyakarcasına, Azərbaycanı münaqişənin hansı yolla həllinə tərəfdar olduğunu dəqiqləşdirməyə çağırıb.

“Davosdakı, Vyana, Sankt-Peterburq və Düşənbədəki görüşlərin ruhu sülh yolu ilə nizamlanma üzərində işləmək zərurətindən irəli gəlirdi. Ümid edirəm ki, bu impulslar səmimidir, çünki əgər kimsə danışıqlar masası arxasında başqasını aldatmağa çalışsa, onda heç nə alınmayacaq və biz yanlış yerə gedib çıxacağıq. Biz (Ermənistan) sonadək sülhü təşviq etmirik. Biz ümumiyyətlə heç nəyi təşviq etmirik, amma problemin həlli üçün müəyyən platformanın yaradılmasını təklif edirik. Ermənistanı müharibə ilə qorxuda bilmərsiniz. Biz də heç kimi müharibə ilə qorxutmuruq. Onda, gəlin nəhayət qərar verək – məsələni sülh platformasında həll edək, ya yox. İstənilən sağlam düşüncəli insan sülh variantı üzərində işləməlidir. Əks halda, danışıqların mənası yoxdur”,- deyə Paşinyan vurğulayıb.

Xatıladaq ki, bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi Rusiya XİN başçısı Sergey Lavrov da iştirak edib. Daha sonra Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin həlli istiqamətində nazirlərin üçtərəfli danışıqlarına qatılıblar.

Açar sözlər:

Oxunub: 284