BDU-da 2 prorektor işdən çıxarıldı
20:58 15 Aprel 2019
Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsində kadr islahatlarına başlayıb.
Femida.az Demokrat.az-a istinadən xəbər verir ki, rektor Elçin Babayev BDU-nin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Hacıyevi və İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlını vəzifələrindən azad edib.
Onların yerinə isə hələlik heç bir təyinat yoxdur.
Qeyd edək ki, işdən çıxarılan Sani Hacıyev və Nəbi Ramazanlı BDU-nin keçmiş rektoru Abel Məhərrəmova yaxın şəxslər kimi tanınır.
Oxunub: 565
Oxşar xəbərlər
- BDU-da 75 nəfər professor vəzifəsinə qəbul edilib
- BDU-dan xaric edilən tələbə ilə bağlı məsələyə bu gün yenidən baxılacaq
- BDU-da ilk dərsin başlamasından 100 il ötür
- BDU-da köklü kadr dəyişiklikləri - Yeni təyinatlar
- BDU-da Himayəçilər Şurası yaradıldı
- BDU-da iş müsabiqəsi elan edildi - Bu vəzifələr boşdur (SİYAHI)
- BDU-da top mərmisi tapıldı - FOTO