37 yaşlı kişini kürəyindən bıçaqladılar


09:06     16 Aprel 2019 bicaq5.jpg


Ceyranbatanda bıcaqlanma baş verib.


Sumqayıtda 37 yaşlı kişini kürəyindən bıçaqlayıblar.

Femida.az ONA-ya istinadən xəbər verir ki, ötən gecə şəhərin Ceyranbatan bağlar massivində bıçaqlanma hadisəsi olub.

Belə ki, 1982-ci il təvəllüdlü Ağayev Razi Şükür oğlunu tanımadığı şəxs bel nahiyəsindən bıçaqlayıb.

Yaralı dərhal xəstəxanaya aparılaraq cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #kriminal  

Oxunub: 414