Keçmiş arvadının həyat yoldaşını və qaynatasını bıçaqladı - Bakıda növbəti insident


09:12     16 Aprel 2019 meyit%20yeni.jpg

Nizami rayonunda qısqanclıq zəminində bıçaqlanma hadisəsi qeydə alınıb.



Hadisə Bəkir Çobanzadə küçəsində baş verib.

1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş arvadının yenicə ailə qurduğu 1995-ci il təvəllüdlü Azad Ağayev ilə əlbəyaxa dava edib və onu bıçaqlayıb.

Bundan sonra M.Nemətov keçmiş qaynatası 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğlunuda bıçaqlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb. Araşdırma aparılır. ONA

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 618