Bu şəxslərin pensiyaları yeni qayda ilə hesablanacaq
09:43 16 Aprel 2019
Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası yeni qayda ilə hesablanacaq.
Femida.az bildirir ki, bununla bağlı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.
Dəyişikliyə əsasən, qanunun 1.0.5-ci maddəsinə "buraxıldığı günə" sözlərindən sonra "(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)" sözləri əlavə edilir.
Mövcud qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, daha sonra isə xidmətdən tərxis olunurlar.
Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.
Qanuna dəyişiklik kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədilə təqdim edilir.
Femida.az
Oxunub: 1072
Oxşar xəbərlər
- Artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir
- Pensiyalar ödənilir
- İyul ayının pensiyaları tam ödənilib
- Pensiyalar iyulun 15-də tam ödəniləcək
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Pensiyalar sabah tam ödəniləcək
- Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib