Xərçəng xəstəsi olan 4 yaşlı İbrahimi xilas edək! - Son 5 gün...


10:52     16 Aprel 2019 2019/04/WhatsApp-Image-20191_1555397204.jpeg

2015-cil il təvəllüdlü Əlizadə İbrahim Qalib oğlu sümük xərçəngindən əziyyət çəkir.


Femida.az xəbər verir ki, 4 yaşlı İbrahim sol ənsə nahiyəsinin intra-ekstradual şişi (sümük xərçəngi) diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Müalicəsi Rusiya Federasiyasında mümkündür və bunun üçün 90.000 manat vəsait tələb olunur. Hazırda 30 min manatı xeyirxah insanların sayəsində toplanıb. Ailənin maddi vəziyyəti bu qədər pulun ödənilməsinə imkan vermir. Əməliyyatın həyata keçirilməsinə isə 5 gün qalıb.



İbrahimin yaxınları deyir ki, uşaq təcili əməliyyat olunmalıdı:

“İbrahimin əməliyyatına 5 gün qalıb, indi Rusiyadadır. İbrahimə Bakıda heç bir həkim yaxın durmadı. Rusiyada bir həkim əməliyyatı edə biləcəyini deyir. Əlimizdən gəldiyi qədər müalicə etdirməyə çalışmışıq. İndi isə 90 min manat lazımdır. İmkanlı şəxslərdən İbrahimin yaşamasına dəstək olmalarını xahiş edirik. Təcili əməliyyat olunmasa İbrahimin həyatını xilas etmək mümkün olmayacaq. O uşaqdır, ancaq xəstəliyi isə ona imkan vermir ki, uşaqlığını yaşasın”.

Qeyd edək ki, “Kapital Bank”da 38810944005530350212 nömrəli hesaba pul köçürməklə körpənin həyat mübarizəsinə dəstək ola bilərsiz. İbrahimə yardım etmək istəyən şəxslər Milli Ön ödəniş terminalları vasitəsi ilə 4169741343852164 nömrəli hesabla yardımlarını ona çatdıra bilər.




Əlaqə telefonu: 055 963 40 02

Kapital Bank hesabı: 38810944005530350212

MİLLİÖN: 4169741343852164










Femida.az





Açar sözlər:

Oxunub: 4349