Bakıda baş vermiş qəzanın VİDEOSU

Bakıda baş vermiş qəzanın VİDEOSU


11:08     16 Aprel 2019 19_04_16_1555398590.jpg

Ziya Bünyadov prospektinın Nərimanov rayonu ərazisinə düşən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Hyundai" markalı avtomobilin sürücüsü tuneldən çıxarkən qəfil əyləcdən istifadə edib.

Daha sonra arxadan gələn "Mercedes", "Daewoo", "Kia", "Toyota" avtomobilləri ard-arda bir birinə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da 3 avtomobil deformasiyaya uğrayıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar prospektin Qələbə dairəsindən Ayna Sultanova heykəli istiqamətində tıxac yaranıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Avtomobillər cərimə meydançasına yerləşdirilib.


Açar sözlər:

Oxunub: 295