Keçmiş məhkum 14 kq narkotiklə tutuldu
11:10 16 Aprel 2019
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.
DİN-in mətbuat xidmətindən Femida.az-a bildirilib ki, daxil olan məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Salyan rayon sakini Niyaməddin Sadıqov polislər tərəfindən saxlanılıb. Onun əlində olan torbanın içindəki 5 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 14 kiloqram 685 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə edib. N.Sadıqov ifadəsində tiryəki satmaq niyyəti ilə həmin şəxsdən aldığını bildirib. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 506
Oxşar xəbərlər
- 34 nəfər şübhəli saxlanıldı – Cinayətlərin günlük statistikası
- Polis sənədləri olmayan silahlar aşkarladı
- İki günün cinayət statistikası - 47 nəfər saxlanılıb
- Xızıda yağan qar turistləri çətin vəziyyətə saldı - Polislər xilas etdi
- DİN avtobus qəzası ilə bağlı məlumat yaydı
- "KamAZ"la piyadanı vurub hadisə yerindən qaçdı
- Bakıda mənzilə basqın - EV SAHİBİNİN ƏL-AYAĞINI BAĞLAYIB...
- 7 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
- Ər qəza törətdi, arvadı öldü
- Mübariz Qurbanlı fransız yazıçısı ilə görüşüb