Elinanın ölümünə görə - Direktora CİNAYƏT İŞİ AÇILDI
12:35 16 Aprel 2019
162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.
Femida.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Dünən təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb.
Səbail rayon məhkəməsinin hakimi Anar Tanrıverdiyev məhkəməni təxirə salıb. Sabiq direktor barəsində bu gün qərar qəbul ediləcək.
Qeyd edək ki, hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb.
Femida.az
Oxunub: 1735
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilib
- Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib
- Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarılıb
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Məşhur şahmatçı Sumqayıt Olimpiya Kompleksinə direktor təyin olunub
- AMEA-nın İnstitut direktoru: "Mənə qara yaxmayın, yoxsa özümü öldürərəm"
- Göyçayda məktəb direktoru vəfat edib
- Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə ölüb