Metroda işləmək istəyənlərə şad xəbər
14:26 16 Aprel 2019
“Bakı Metropoliteni” QSC özünün sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edib.
"Bakı Metropoliteni" QSC-dən Femida.az-a verilən məlumata görə, namizədlərə qarşı müvafiq olaraq ali və orta ixtisas təhsili, idarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı, Azərbaycan dilini mükəmməl bilmək, kompyuter bilikləri kimi tələblər qoyulub.
Vəzifə öhdəlikləi metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərmək və maşinistləri reysqabağı tibbi müayinədən keçirməkdir. İş rejimi saat 09:00-dan saat 17:00-a qədərdir.
İddiaçılar “Bakı Metropoliteni”nin internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Oxunub: 930
Oxşar xəbərlər
- Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
- Metrodakı yoxlanışlar nədən xəbər verir?
- Metroda qatarın hərəkəti ləngiyib
- Metroda "Sizinlə qürür duyuruq" layihəsi davam edir - FOTOLAR
- Metroda qatarların hərəkəti bərpa olunub
- Metroda daha bir koronavirus xəstəsi saxlanılıb
- Metroda aktiv koronavirus xəstəsi saxlanılıb
- Metroda qatarların hərəkəti ləngiyib
- Metroda problem yarandı
- Prokurorluq: Metrodakı insidentlə bağlı istintaq başa çatıb