"Dəmir Yolları"na işçilərin sayını azaltmaq təklif olundu


14:21     16 Aprel 2019 19_04_16_1555411634.jpg

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) gənc mütəxəssislərin çatışmazlığı müşahidə edilir.

Bunu dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkəti bəyan edib.

Audit nəticəsində məlum olub ki, ADY-nin işçi heyətinin təqribən 15%-i təqaüd yaşındadır. İşçilərin cəmi 13%-nin yaşı 30-dan çoxdur.

"ADY-də mövcud mükafatlandırma sistemi Azərbaycanda nəqliyyat sənayesinin digər şirkətləri səviyyəsində deyil. Həmçinin, dəmir ollarında insan resursları proseslərini (işəgötürmə, mükafatlandırma, fəaliyətin idarə olunması, təlim və inkişafı) tənzimləyən siyasətlər mövcud deyil. ADY insan resursları siyasəti işləyib-hazırlamalı, işəgötürmə, qiymətləndirmə, təlim, inkişaf, mükafatlandırma həyata keçirməlidir. Təqaüd yaşında və yaxud bu yaşa yaxın işçilərin, eləcə də bağlanması nəzərdə tutulan bölmələrdəki işçilərin işdən azad edilməsini stimullaşdıran proqram həyata keçirilməli, bu yolla müvəqqəti heyət işdən azad edilməlidir", - deyə KPMG bəyan edib.

Bundan başqa, audit şirkəti tövsiyyə edib ki, gənc mütəxəssislərin cəlb edilməsi və onların uzun müddət şirkətdə işləməsini təmin edən insan resursları brendi və proqramlar işlənib-hazırlansın və həyata keçirilsin: "Mükafatlandırma strategiyasının təkmilləşdirilməsi, mükafatlandırma sisteminin səmərəlilik göstəriciləri ilə əlaqələndirilməsi mümkün olmalıdır. İşçilər üçün ilkin təlim proqramının, texniki mühəndislər və menecerlər üçün davamlı təlim sisteminin yaradılması, işçi heyətinin müntəzəm olaraq qiymətləndirilməsi həyata keçirilməlidir". / Report

Femida.az

Açar sözlər: #dəmiryolları  

Oxunub: 326