Direktoru hansı cəza gözləyir? - MƏCƏLLƏDƏN ÇIXARIŞ

Direktoru hansı cəza gözləyir? - MƏCƏLLƏDƏN ÇIXARIŞ


14:55     16 Aprel 2019 2019/04/elina-direktorla_1555412228.jpg

Xəbər verdiyimiz kimi 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.



Femida.az -ın məlumatına görə, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Dünən təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb.

Bu gün Səbail rayon məhkəməsinin hakimi Anar Tanrıverdiyevin sədrliyi ilə keçmiş direktorun məhkəmə prosesi baş tutacaq.

Bəs qeyd olunan maddələrlə ittiham olunan direktoru hansı cəza gözləyir?

Femida.az Cinayət Məcəlləsinə istinad edərək xəbər verir ki, Təhlükədə qoyma həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə—
Min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Direktorun ittiham olunduğu digər maddə isə daha ağır cəzanı nəzərdə tutur.
Belə ki, Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda— iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Miri Məcidli
Femida.az


Açar sözlər: #Direktor_həbs   #Elina_Hacıyeva   #məktəbli_qız   #hüquq   #femida   #xəbərlər   #məhkəmə   #hakim   #Sevinc_Abbasova  

Oxunub: 990


Oxşar xəbərlər