Pul qabından marixuana çıxdı


15:35     16 Aprel 2019 baki-sakininden-kulli-miqdarda-marixuana-goturuldu-620x400.jpg

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub.


Komitədən Femida.az-a verilən məlumata görə, bundan sonra gömrükçülər tərəfindən həmin vətəndaşın əl çantasına baxış keçirilib.

Baxış zamanı çantadakı pul qabının içərisində gömrük orqanına bəyan olunmayan 2 ədəd bükülüdə 1 qram narkotik vasitə -marixuana aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 366