Daha bir idmançımızda dopinq aşkarlandı


15:40     16 Aprel 2019 19_04_16_1555414871.jpg


Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dopinqə görə Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq edib.

Femida.az Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dopinq-testi müsbət nəticə verən Elmar Alıyev 4 il müddətinə diskvalifikasiya olunub. İdmançının orqanizmində qadağan olunmuş "Urine substitution" ("M2. Chemical and Physical Manipulation") peraparatı tapılıb.

56 kq çəkidə çıxış edən Elmar Alıyevin cəzası 12 sentyabr 2018-ci ildən qüvvəyə minib və 12 sentyabr 2022-ci ildə başa çatacaq.

Femida.az

Açar sözlər: #dopinq  

Oxunub: 441