Bakıda bina yanır - YENİLƏNDİ


17:45     16 Aprel 2019 2019/04/Capture_1555422339.jpg

Bakıda yaşayış binasında yanğın olub.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Femida.az

Açar sözlər: #YAnğın   #FHN  

Oxunub: 1455