Məktəb direktoru barədə məhkəmə qərar verdi -SON DƏQİQƏ

Məktəb direktoru barədə məhkəmə qərar verdi -SON DƏQİQƏ


17:02     16 Aprel 2019 19_04_16_1555418428.jpg

Xəbər verdiyimiz kimi 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.


Səbail rayon Məhkəməsində hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçmiş direktorun məhkəmə prosesi baş tutub.

Femida.az -ın əldə etdiyi məlumata görə, Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Miri Məcidli
Femida.az




Açar sözlər: #Elina_Hacıyeva   #Məktəb   #intihar  

Oxunub: 2713