Evində halsız vəziyyətdə tapıldı


16:43     16 Aprel 2019 2019/03/komeksiz-halsiz-fhn-yardim-bagli-qapi-cinayet-yangin_1552295307.jpeg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 331