Səfirliklərin binasında bomba həyəcanı

Səfirliklərin binasında bomba həyəcanı


18:13     16 Aprel 2019 19_04_16_1555419948.jpg

İspaniyanın paytaxtı Madriddə Böyük Britaniya, Kanada və Avstraliya səfirliklərinin yerləşdiyi “Torre Espacio” göydələninə bomba qoyulması xəbəri ilə əlaqədar 235 metr hündürlüyündəki 57 mərtəbəli bina tamamilə təxliyyə edilib.


Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxs Avstraliya səfirliyinə zəng edərək binada bomba yerləşdirildiyi barədə xəbərdarlıq edib. Nəticədə operativ qaydada tədbir görülərək, hər 3 səfirliyin diplomatik heyətləri daxil olmaqla bütün bina boşaldılıb. Hazırda göydələnin ətrafı polis kordonu və yanğınsöndürmə maşınları ilə əhatə olunub, əraziyə giriş qadağan edilib.

Səfirliklər vəziyyətin təhlükəsiz olması barədə məlumat verilənə qədər işləməyəcəklərini bəyan ediblər.

Açar sözlər:

Oxunub: 112


Oxşar xəbərlər