Şamaxıda zəlzələdən dağılmış 25 ev sökülür


17:30     16 Aprel 2019 2019/02/samaxi-zelzele_1549522790.jpg

Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 5467 ev və obyektə ziyan dəyməsi barədə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət daxil olub.



Femida.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı RİH-nin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlər əsasında rayon Fövqəladə Hallar Komissiyası 5446 evə baxış keçirib:

"Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 270-i kəskin qəzalı (dağılmış), 1247 evin bərpası mümkün vəziyyətdə, 2129 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 1800 evin vəziyyəti qənaətbəxs hesab edilib".

R.Əliyev qeyd edib ki, hazırda tam qəzalı vəziyyətdə olan evlərin yenidən tikintisinə başlanılıb: "Artıq 3 ev tikilərək ailələrə təhvil verilib, 44 mənzilli 4 mərtəbəli evin tikintisi davam etdirilir. Tikinti briqadaları tam qəzalı vəziyyətdə olan 25 evin söküntüsünə başlayıb".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 598