5 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb


19:55     16 Aprel 2019 publika.az1440574962Meyit.jpg

Sabirabad rayonunda beş gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Rayonun Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Sarvan Zabit oğlu axşam saatlarında toy mərasimindən çıxdıqdan sonra evə qayıtmayıb.

Yaxınları hüquq-mühafizə orqanlarına bununla bağlı məlumat veriblər. Onun "Sabir" su kanalına düşərək boğulduğu ehtimal edildiyindən kanalın suyu azaldılıb və xilasedicilər tərəfindən axtarışlara başlanılıb. Ancaq 32 yaşlı sakinin meyiti su kanalından deyil, beş gün sonra Kür çayından tapılıb.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər: #Sabirabad  

Oxunub: 344