Azərbaycanın təbii qaz ixracı artıb
20:17 16 Aprel 2019
Yanvar-mart aylarında təbii qaz ixracı ölkə üzrə artaraq 3,2 milyard kubmetr təşkil edib.
Femida.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, bu göstərici 2018-ci ilin analoji dövrünə nisbətən 27 faiz çoxdur.
Xatırladaq ki, ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə “Şahdəniz-2” qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyə qədər sözügedən boru kəməri vasitəsilə 1,4 milyard kubmetr kommersiya məqsədli qaz nəql edilib.
Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında təqribən 456 min ton təşkil edib, bununla da əvvəlki ilin analoji dövrünə nisbətən 10,5 faiz artım qeydə alınıb.
Femida.az
Oxunub: 320
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Almaniya qışda Rusiya qazından imtina edə bilər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Avropada təbii qazın qiyməti ucuzlaşıb
- Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayıb
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Britaniya kəşfiyyatı: “Rusiya uğur qazanması barədə vaxtından əvvəl və yalan bəyanatlar verib”
- Avropada təbii qazın qiyməti yüksəlib