Bakıda mənzildə 79 yaşlı kişinin meyiti tapıldı

Bakıda mənzildə 79 yaşlı kişinin meyiti tapıldı


20:22     16 Aprel 2019 bakda-mnzild-rus-qadnn-meyiti-tapld_1.jpeg

Nizami rayonunda 79 yaşlı kişi meyiti tapılıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Əliyev Əkrəm Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 145