Yevlaxda mikroavtobus 14 yaşlı uşağı vurub


21:11     16 Aprel 2019 19_04_16_1555434756.jpg

Yevlaxda mikroavtobus 14 yaşlı uşağı vurub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə magistral yolun rayonun Salahlı kəndi ərazisindən keçən hissəsində baş verib.

“RAF” markalı mikroavtobus yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Salahlı kənd sakini Nurlan Eldəniz oğlu Hüseynovu vuraraq ağır bədən xəsarəti yetirib. Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 243