Pakistanda qum fırtınası: 25 nəfər ölüb


21:33     16 Aprel 2019 19_04_16_1555435160.jpg

Pakistanda baş verən güclü qum fırtınası və leysan yağışları nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox dağıntı 9 nəfərin öldüyü Kəraçi şəhərində və Pəncab vilayətində qeydə alınıb.

Təbii fəlakət nəticəsində 9 balıqçı itkin düşüb. Sonradan onların 5 nəfəri xilas edilib.

Açar sözlər:

Oxunub: 322