Düşmən iriçaplı pulemyotlardan istifadə edir - Cəbhədə gərginlik


09:38     17 Aprel 2019 big_1403499351_cebhe.jpg

Ermənistan iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini pozub.


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Açar sözlər: #Atəşkəs   #Cəbhə   #Qarabağ   #Azərbaycan   #Ermənistan   #Müharibə   #Ağdam   #Şuşa   #Silah  

Oxunub: 267