Gözətçi işlədiyi yerdən toyuqları oğurlayıb satdı - VİDEO

Gözətçi işlədiyi yerdən toyuqları oğurlayıb satdı - VİDEO


10:50     17 Aprel 2019 qadin%20hebs.jpg

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən quşçuluq müəssisələrinin birindən oğurluq edilib. Zərərçəkən şəxs Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, bu ilin yanvar-aprel ayları ərzində müəssisədən külli miqdarda toyuq və toyuq məhsulları naməlum şəraitdə oğurlanıb.



DİN-in mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, hadisə ilə bağlı dərhal əməliyyat-istintaq qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin müəssisənin gözətçisi, paytaxt sakini Elşad Ağayev saxlanılıb. O, ifadəsində gecə növbəsində olan zaman dəfələrlə müəssisənin anbarından toyuq və toyuq məhsulları oğurladığını bildirib.




Araşdırma zamanı E.Ağayevin oğurladığı məhsulları paytaxt ərazisində yerləşən bir neçə mağazaya ucuz qiymətə satdığı məlum olub.

Qeyd: Video ONA.az informasiya agentliyinə məxsusdur.

Açar sözlər: #polis   #həbs   #oğurluq  

Oxunub: 373