Dairəvi yolda qəza tıxaca səbəb oldu - VİDEO


11:00     17 Aprel 2019 2019/04/747517_1555484539.jpg

Bakıda səhər saatlarında iki avtomobilin iştirakı ilə yol qəzası baş verib.



Bakı Dairəvi-1 yolunun şəhər istiqamətindəki zolağında "Mercedes" və "Renault" markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində "Renault" yol kənarındakı su ötürücüsünə aşıb.

Qəzada ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Hadisə səbəbindən yolda tıxac yaranıb, qəza yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar.



Femida.az

Açar sözlər:

Oxunub: 464