“Süründürməçilik və saxtakarlıq hallarının qarşısı alınır” - İşçi qrupun rəhbəri


12:07     17 Aprel 2019 2019/04/57244-1555487408_1555488476.jpg

Hakim və tərəf arasında münasibətlərin tamamilə elektronlaşdırılması sahəsində görülmüş tədbirlər nəticəsində elektron qaydada mübadilə təmin olunur.


Femida.az xəbər verir ki, bunu “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupun rəhbəri Ağakərim Səmədzadə deyib. Onun sözlərinə görə, bütün qərarların elektron dərc edilməsi həyata keçirilib.

"Məhkəmə qərarlarının icrası vəziyyətinin elektron izlənməsi üçün imkanlar var. Şəffaflıq və səmərəlilik baxımından məhkəmə baxışının tezləşdirilməsi, sənədlərin vaxtında alınması, süründürməçilik və saxtakarlıq hallarının qarşısının alınması üçün çox ciddi tədbirlər görülüb. Bütün bu islahatlar ilk növbədə proses iştirakçlarının vaxt qənaətinə gətirib çıxarıb".

Femida.az

Açar sözlər:

Oxunub: 391