Maşın kanala düşdü, sürücü öldü

Maşın kanala düşdü, sürücü öldü


12:12     17 Aprel 2019 19_04_17_1555488791.jpg


Xaçmazda minik avtomobili su kanalına düşüb.

Femida.az -;n verdiyi məlumata görə, hadisə rayonun Qımıl kəndi ərazisində qeydə alınıb. “Lexsus” markalı, 90 XL 783 dövlət nömrə nişanlı maşın “Xan arxı” adlanan kanala düşüb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 157