Maşınla vurulan piyada xəstəxanada ölüb


14:23     17 Aprel 2019 piyada%20qeza.jpg

Aprelin 15-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Samir Rüstəmovu vurub.

DİN-dən Femida.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən piyada aprelin 16-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 297