“Arsenal” Mxitaryanı Bakıya gətirmək üçün UEFA-ya müraciət edəcək


16:19     17 Aprel 2019 19_04_17_1555503627.jpg


İspaniyanın ESPN nəşri “Arsenal”ın erməni futbolçusu Henrik Mxitaryan haqqında xəbər hazırlayıb.

Femida.az-ın məlumatına görə, İngiltərəni təmsil edən “Arsenal” UEFA Avropa Liqasının finalına çıxacağı təqdirdə Mxitaryanın Bakıya gəlməsi mümkün olmaya bilər. Çünki futbolçu Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan XİN-in “qara siyahı”sındadır. Belə olan təqdirdə klub rəhbərliyinin UEFA-ya müraciət edərək kömək istəyəcəyi qeyd olunub.

UEFA ESPN-ə bildirib ki, qurum bu çərçivədə Bakıya gəlməsi lazım olan futbolçu üçün Azərbaycan XİN-ə və səfirliyə müraciət edəcək.

Xatırladaq ki, turnirin final oyunu 29 mayda Bakıda keçiriləcək.

Bundan əvvəl Mxitaryan Avropa Liqası çərçivəsində “Arsenal”ın Azərbaycan klubları ilə keçirdiyi matçlarda Bakıya gətirilməmişdi.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #erməni   #futbol   #Bakı   #UEFA  

Oxunub: 494