"ASAN xidmət" işçilərinin sayı artırılıb


16:53     17 Aprel 2019 19_04_17_1555505751.jpg


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 715-dən 895 ştat vahidinədək artırılıb.

Femida.az

Açar sözlər: #ASAN_Xidmət  

Oxunub: 723