İstanbulda seçki gərginliyi bitdi: İmamoğlu mandatını alır (FOTO)
17:24 17 Aprel 2019
İstanbulun bələdiyyə sədri seçilmiş Əkrəm İmamoğluna mandat təqdim ediləcək.
Femida.az "Sözcu"yə istinadən xəbər verir ki, bu barədə Cümhuriyyət və Xalq Partiyası (CHP) İstanbul Bölgə sədri Canan Kaftancıoğlu məlumat verib.
Onun sözlərinə görə, İmamoğlu Çağlayan Ədliyyəsindəki Bölgə Seçki Komissiyasına dəvət edilib və Türkiyə vaxtı ilə saat 16.00-da mandat təqdim ediləcək.
Qeyd edək ki, CHP namizədi Əkrəm İmamoğlu 31 martda keçirilən parlament seçkilərində İstanbulun bələdiyyə sədri seçilib. O, əsas rəqibi Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımı geridə qoyub.
AKP-nin etirazı və səslərin yenidən sayılması səbəbilə İmamoğluna bu günə qədər mandat təqdim edilmirdi.
Oxunub: 388
Oxşar xəbərlər
- İstanbulda ağır yol qəzası olub, ölən və yaralananlar var
- İstanbulda terror aktının qarşısı alınıb, saxlanılanlar var
- İstanbulda silahlı münaqişədə ata, oğul və qohum öldürülüb
- İstanbulda Silahlı Qüvvələr Günü qeyd edilib
- İstanbulda zəlzələ olub
- İstanbulda atışma olub, azərbaycanlı kriminal avtoritet öldürülüb
- İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib
- İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi
- İstanbuldan yola salınan 250-yə yaxın azərbaycanlı artıq ölkədədir
- İstanbulda koronavirus həyəcanının səbəbkarı azərbaycanlı həkim olub - FOTO