Bakıda qəzaya düşən Gəncə sakini öldü


17:46     17 Aprel 2019 19_04_17_1555508257.jpg

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Samir Rüstəmov yerləşdirildiyi xəstəxanada ölüb.


Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aprelin 15-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Samir Rüstəmovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 16-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #qəza   #Gəncə  

Oxunub: 328